
İlkin Qırtımov I Liqa klubunda
Azərbaycan millisinin sabiq futbolçusu İlkin Qırtımov karyerasını “Zaqatala”da davam etdirəcək.
Sportlife.az xəbər verir ki, 34 yaşlı müdafiəçi son olaraq “Kəpəz”in heyətində çıxış edib.
Qeyd edək ki, o, daha əvvəl “Simurq”, “Keşlə”, “Neftçi”, “Zirə” və “Qəbələ” klublarında forma geyinib.