
Qattuzodan israilli futbolçuya: "Kəs səsini!"
DÇ-2026-nın seçmə mərhələsinin oyunundan (5:4) sonra İtaliya və İsrail millilərinin futbolçuları arasında dava düşüb.
Sportlife.az xəbər verir ki, qapıçı Canluici Donnarumma və hücumçu Cakomo Raspadori matçdan sonra israilli futbolçularla mübahisə edib.
İtaliyalı baş məşqçi Cennaro Qattuzo futbolçuları sakitləşdirmək üçün meydana çıxıb. İsrailli forvard Dor Turgeman Qattuzoya nəsə deyib, bundan sonra mütəxəssis forvarda səsini kəsməsini söyləyib. Turgeman dərhal məşqçidən uzaqlaşıb və mübahisə sona çatıb.
İtaliya Qattuzonun rəhbərliyi altında ardıcıl ikinci görüşdə qalib gələrək I qrupunda 9 xalla ikinci, İsrail isə eyni xalla üçüncüdür.