Yığmamız darmadağın oldu - 0:6

  • Dünən, 14:54

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün "Slovenia Nations Cup" yoldaşlıq turnirində üçüncü oyununa çıxıb.

Sportlife.az xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandasına böyük hesabla uduzub.

"Çatej" stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.  

Qeyd edək ki, millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.


Paylaş: