
"Milan"dan ərəb klubuna
"Milan"ın yarımmüdafiəçisi Yasin Adli karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək.
Sportlife.az xəbər verir ki, 25 yaşlı fransalı "Əl-Şabab"la müqavilə imzalayacaq. Transfer məbləğinin 7 milyon avro olacağı və 2028-ci ilin yayına kimi qüvvədə olacağı bildirilir.
Daha əvvəl futbolçu ilə "Spartak" maraqlansa da, Adli Rusiya klubuna keçməkdən imtina edib.
Ötən mövsüm Adli icarə əsasında "Fiorentina"da çıxış edib. O, 35 matçda 5 qol vurub, 7 məhsuldar ötürmə edib.