"Qarabağ" "İmişli"yə qarşı

  • 31 Oktyabr 2025, 10:00

"Qarabağ" bu gün Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək.

Sportlife.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda X turda debütant "İmişli" ilə üz-üzə gələcək. Qarşılaşma "Azərsun Arena"da, saat 17:00-da start götürəcək.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 17 xalla 2-ci pillədə qərarlaşıb. "İmişli" 12 xalla 7-cidir.

Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.


Paylaş: