"Qarabağ" rahatlıqla çempionluğu təmin edəcək"

  • Dünən, 14:40

"Qarabağ"ın çempionluğu əldən verəcəyini düşünmürəm".

Bu sözləri Sportlife.az-a açıqlamasında keçmiş futbolçu Bəxtiyar Musayev deyib.

O, "Qarabağ"ın son oyunlarda zəif çıxışının səbəblərini və çempionluq şanslarını dəyərləndirib: "Düşünürəm ki, hər turdan sonra xal fərqi daha da artacaq. Ağdam təmsilçisi bir az "qara zolağ"a düşüb. Yəni, nəticə baxımından belə söyləyirəm. Amma oyun baxımından gerilədiyini düşünmürəm. Son oyunlarda "Olimpiakos"a məğlubiyyət acı oldu. "Qarabağ" istər çempionat oyunlarında, istərsə də Ruminyanın FCSB komandası ilə qarşılaşmada rəqiblərindən üstün idi. Standart vəziyyətlərdən çox qol buraxır. Bunun üzərində işləmək lazımdır. Məncə, bundan sonra "Qarabağ" yerli liqaya köklənəcək və rahatlıqla çempionluğu təmin edəcək".

Akif ƏHMƏDOV


Paylaş: