![](https://sportlife.az/storage/xeber/01JKTBMWRM64BD0YSJG2WXCV8G.jpg)
Millimizin üzvü əvəzedici komandaya göndərildi
“Sabah”da çxıış edən millimizin üzvü Anatoli Nuriyevi əvəzedici heyətə göndərilib.
Sportlife.az xəbər verir ki, bu addım baş məşqçi Vasili Berezutskinin qərarı atılıb. Əsas heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçi oyun praktikası qazanmaq üçün ikinci komandaya göndərilib.
28 yaşlı futbolçu “Sabah”-2”nin heyətində meydana da çıxıb. O, Əvəzedicilər Liqasının XXII turunun "Turan Tovuz-2" ilə görüşünə start heyətində başlayıb və 59-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Bakı təmsilçisi ev oyununda 5:0 hesablı qələbə qazanıb.