![](https://sportlife.az/storage/xeber/01JKT7Z2AVT7W01X69ESC3E49A.jpg)
"Reqlamentə hörmətlə yanaşılmalıdı"
"Qəbələ" Premyer Liqaya tam hazırdır".
Bu sözləri Sportlife.az-a açıqlamasında "Turan Tovuz”un sabiq icraçı direktoru Yaşar Sultanov deyib.
O, AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi yeni qərarlara münasibət bildirib: "Qərarlara əsasən, növbəti ildən Pemyer Liqada 12 komandanın iştirakı nəzərdə tutulur. Fikrimcə, sadəcə, reqlamentə hörmətlə yanaşılmalıdı. Bir komanda Premyer Liqanı tərk etməli, I Liqada ilk 3 yerin sahibi Pemyer Liqaya yuksəlməlidir. Təbii ki, bütün infrastruktur tələblərə cavab verməklə…".
Sultanovun sözlərinə görə, "Qəbələ" ilə yanaşı, “Karvan”, “İmişli”, “Zaqatala”, MOİK və “Cəbrayıl” kimi komandaların yüksəlişi mümkündür.
AKİF ƏHMƏDOV