![](https://sportlife.az/storage/xeber/01JKT6X8S1Y7RT4TGAZEH6HG96.jpg)
Ərəblər Vinisiusu da "oğurlamağa" yaxındır
"Real"in futbolçusu Vinisius Junior mövsümün sonunda "Real"dan ayrılacaq.
Sportlife.az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Edu Agirre paylaşım edib.
Onun sözlərinə görə, braziliyalı hücumçu ərəblərin təklifinə "hə" deyəcək: “Vinisius "Real"dan yalnız Səudiyyə Ərəbistanına gedəcək, bu, yeganə seçimdir. Bu yay xaos olacaq".
Qeyd edək ki, Vinisius bu mövsüm "Real"da 15 qol vurub və 6 məhsuldar ötürmə edib.