![](https://sportlife.az/storage/xeber/01JKTPQ378Q8N8R3TRJ03XHZAV.jpg)
"Real" hədəfindəki fransalı
"Real" gələn yay "Arsenal"ın mərkəz müdafiəçisi Vilyam Salibanı heyətinə qatmağa çalışacaq.
Sportlife.az xəbər verir ki, bu transfer elə də asan başa gəlməyəcək. Çünki London klubu fransalı futbolçunu 120 milyon avrodan ucuz qiymətə buraxmaq niyyətində deyil.
Artıq “kral klubu"nun Salibanın təmsilçiləri ilə danışıqlar apardığı vurğulanır. Futbolçunun özü də “Real" həmyerlisi Kilian Mbappe ilə birlikdə oynamaq arzusundadır.
Saliba bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib və 2 qol vurub.