"Qalatasaray"da 15 yaşlı qapıçı

  • Dünən, 16:46

"Qalatasaray" heyətini yeni qapıçı ilə gücləndirib.

Sportlife.az xəbər verir ki, İstanbul təmsilçisi "Altınordu"nun qolkiperi Cem Efe Eroğlunu transfer edib.

15 yaşlı qapıçı ilə uzunmüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, Eroğlu Türkiyənin U-16 millisində çıxış edir.


Paylaş: