"Barselona"nın qapıçısı itini axtarır

  • Dünən, 14:35

"Barselona"nın qapıçısı Voytsex Şensninin iti itib.

Sportlife.az xəbər verir ki, bu barədə İspaniyadakı reklam saytlarından birində məlumat yerləşdirilib.

İddiaya görə, heyvan yerli çimərliklərin birində yoxa çıxıb və qolkiper onu tapmaq üçün kömək istəyir: "İtin adı Naladır və boğazına üzərində adı olan qara boyunbağı taxılıb”.


Paylaş: