![](https://sportlife.az/storage/xeber/01JKTKF85HC1RW5JBXBCTAY2X8.jpg)
İstanbul nəhəngindən son gün "bomba"sı
"Qalatasaray" "Trabzonspor"un futbolçusu Eren Elmalı ilə anlaşıb.
Sportlife.az xəbər verir ki, 24 yaşlı futbolçunun sənədləri vaxtında Türkiyə Futbol Federasiyasına təqdim olunsa, onunla müqavilə imzalanacaq.
Hələlik sözləşmənin detalları barədə məlumat verilmir.
Qeyd edək ki, Elmalı Türkiyə millisinin də üzvüdür.
Bu gün Türkiyədə transfer pəncərəsi bağlanacaq.