"Qarabağ" "Sabah"a uduzdu, "Kəpəz"in oyununda 6 qol - YENİLƏNİB

  • 14 Aprel 2024, 20:56

Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulub.

Sportlife.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. "Səbail" "Kəpəz"i qəbul edib. Dramatik oyun 3:3 hesabı ilə başa çatıb.

28-ci turda çempionluğunu rəmiləşdirən "Qarabağ" isə səfərdə "Sabah"la qarşılaşıb. Oyunda "Sabah" Ağdam təmsilçisinə 3:2 hesabı ilə qalib gəlib.

19:00."Sabah" – "Qarabağ" - 3:2

Qollar: Leandro Andrade, 7 (0:1), Amin Seydiyev, 17 (1:1), Cesse Sekidika, 39 (2:1), Tellur Mütəllimov, 57 (3:1), Nəriman Axundzadə, 77 (3:2) 
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
"Bank Respublika Arena"
 
16:30."Səbail" – "Kəpəz" - 3:3 

Qollar: Elmir Tağıyev, 25 (0:1), Latir Fal, 29 (0:2), Pedro Nuno, 49 (1:2), Aleksandr Ramalinqom, 53 (2:2), Rüfət Abdullazadə, 73 (3:2), Mate Kvirkviya, 90+6 (3:3)

Qırmızı vərəqə: Adi Mehremiç, 90+2 ("Səbail")
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
"ASCO Arena"

12 aprel (cümə)
 

"Sumqayıt" – "Zirə" - 0:0

13 aprel (şənbə)

"Neftçi" – "Araz-Naxçıvan" - 3:0 

"Qəbələ" – "Turan Tovuz" - 1:2 


Paylaş: