"Qarabağ"dan Kadi ilə bağlı iddiaya CAVAB
"Qarabağ"ın "Krasnodar" klubunun yarımmüdafiəçisi Kadi Borqesə illik 1,2 milyon avro təklif etməyə hazır olduğu iddası barədə xəbər vermişdik.
Sportlife.az-a açıqlama verən Ağdam klubunun mətbuat katibi Anar Hacıyev iddianı təkzib edib. "Qarabağ" rəsmisi məlumatın həqiqətən uyğun olmadığını bildirib.
Qeyd edək ki, Borqes 2023-cü ilin əvvəlində "Krasnodar"a keçib. Ümumilikdə o, "qara-yaşıllar"ın heyətində 37 oyun keçirib, 7 qol vurub, 3 məhsuldar ötürmə edib.