
“Qarabağ”ın 5-ci “100”ü
“Qarabağ” “Kəpəz”lə çempionatdakı oyunlarda 100-cü qolu vurub.
Sportlife.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXXV turuna təsadüf edib.
Leandro Andradenin qolu qərblilərlə matçlardakı 100-cü top olub. “Qarabağ” Gəncə təmsilçisi ilə 61-ci qarşılaşmada qol sayında üçrəqəmli ədədə çatıb.
Bu, 1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci belə cütdür ki, rəqiblərdən biri digərinə 100 və ya daha çox qol vurub. Onlardan 5-i “Qarabağ”ın hesabındadır.
Eyni rəqibə 100 və ya daha çox qol vuranlar:
1. “Qarabağ” – 140 qol (“Neftçi”yə)
2. “Qarabağ” – 126 qol (“Sumqayıt”a)
3. “Neftçi” – 124 (“Şamaxı”ya)
4. “Qarabağ” – 114 (“Şamaxı”ya)
5. “Qarabağ” – 104 (“Qəbələ”yə)
6-7. “Neftçi” – 102 (“Kəpəz”ə)
“Qarabağ” – 102 (“Kəpəz”ə)
Qeyd edək ki, “Qarabağ” - “Kəpəz” oyunu 3:0 hesabı ilə başa çatıb.