
Azərbaycan Qran-prisində sürpriz qonaq
Sentyabrın 19-u "Formula 1" üzrə Azərbaycan Qran-prisinin atmosferinə dünyanın ən yenilikçi elektron musiqi layihələrindən biri olan Anyma öz imzasını atacaq.
Bakı Şəhər Halqasından Sportlife.az-a verilən məlumata görə, budəfəki yarış yalnız sürət, rəqabət və texnologiya ilə deyil, eyni zamanda qeyri-adi musiqilərlə yadda qalacaq.
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 4 günlük bilet sahibləri konsertdə iştirak edə biləcəklər.
Qeyd edək ki, yarış sentyabrın 19-21-də keçiriləcək.