
"Bayer"in futbolçusu Premyer Liqada
"Bayer"in müdafiəçisi Ceremi Frimponq "Liverpul"un futbolçusu olacaq.
Sportlife.az xəbər verir ki, yaxın saatlarda tibbi müayinənin yekun hissəsi və müqavilənin imzalanması baş tutacaq.
35 milyon avroluq satın alma bəndinin aktivləşdirildiyi qeyd edilir.
Frimponq mövsümün sonunda klubdan ayrılacaq Trent Aleksander-Arnoldu əvəzləyəcək.