Mahir rəmzi komandada

  • Bu gün, 13:08

"Nürnberq"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli II Bundesliqa XXXIV turun rəmzi komandasına düşüb.

Sportlife.az xəbər verir ki, 27 yaşlı hücumçu 3-4-3 sxeminə əsasən tərtib olunan "11-lik"də hücumun mərkəzində yer alıb.

O, Ayntraxt" (Braunşveyq) komandasına 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib.

Qeyd edək ki, mövsümün əvvəlində II Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, "Nürnberq"in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb.


Paylaş: