Millimizin oyununa biletlər satışda

  • Dünən, 16:40

Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.

Sportlife.az xəbər verir ki, biletlərin qiyməti 2, 5 və 10 AZN təşkil edir.

Biletləri iTicket.az-ın satış məntəqələrindən (Gənclik Mall, 28 Mall, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi) almaq olar.

Qeyd edək ki, iyunun 10-da “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.


Paylaş: