Mourinyo təkzib etdi

  • Dünən, 16:59

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Portuqaliya Futbol Federasiyası ilə danışıqlar apardığı haqda yayılan xəbərləri təkzib edib.

Sportlife.az xəbər verir ki, mütəxəssis Türkiyə Superliqasının 36-cı turunun "Eyupspor" matçından (2:1) sonra mətbuat konfransında bunları deyib:

"Portuqaliya Futbol Federasiyası ilə hər hansı danışığım olmayıb. Mən sadiq insanam.  2025-ci ilin yanvarında klublardan birinin nümayəndəsi ilə görüş keçirmişəm və bu barədə "Fənərbağça" rəhbərliyini məlumatlandırmışam. Sonda isə təklifi qəbul etməmişəm".

Mourinyonun İstanbul təmsilçisi ilə 1 illik müqaviləsi var.


Paylaş: