Antoni La Liqada qala bilər

  • Bu gün, 14:52

"Mançester Yunayted"in futbolçusu Antoni karyerasını yenidən İspaniyada davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, "Vilyarreal" braziliyalı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Çempionlar Liqasına vəsiqə qazanan komanda hücum xəttini gücləndirmək istəyir ki, bu mövqeyə əsas namizədlərdən biri məhz Antoni hesab olunur.

Qeyd edək ki, Antoni mövsümün ikinci yarısını icarə əsasında "Betis"də keçirib. 


Paylaş: