
"Qəbələ"də oynayan məşqçi
"Qəbələ"nin futbolçusu Asif Məmmədov komandaya oynayan məşqçi təyin olunub.
Sportlife.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi "qırmızı-qaralar"ın yeni mövsüm üçün hazırlıq prosesinə bu statusda başlayıb.
O, baş məşqçi Kaxaber Sxadadzeyə kömək etməklə yanaşı, zərurət olduqda meydana da çıxacaq.