
Nigeriyalı hücumçu Premyer Liqada?
"Genk"in hücumçusu Tolu Arokodare karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, 24 yaşlı nigeriyalı ilə "Fulhem" maraqlanır. "Mançester Yunayted" və "Milan" da futbolçunu izləyir.
Ötən mövsüm Arokodare 45 oyun keçirib, 23 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.