
AÇ-də parladı, "Vest hem"ə keçir
"Vest Hem" "İpsviç"in yarımmüdafiəçisi Omari Hatçinsonu transfer etməyə hazırlaşır.
Sportlife.az xəbər verir ki, London klubu 21 yaşlı futbolçunun çıxışını izləmək üçün Avropa çempionatına skautlar göndərib. Onlar ingiltərəli oyunçunun çıxışından razı qalıblar.
Hatçinsonun "İpsviç"lə müqaviləsində sərbəst qalma bəndi var ki, bu da "Vest Hem" üçün müqaviləni asanlaşdıracaq.
Yarımmüdafiəçi ötən mövsüm 32 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Rransfer dəyərini 22 milyon avrodur.