
"Qarabağ" üçün ciddi rəqib
İyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışında olacaq “Qarabağ”ın orada keçirəcəyi yoxlama görüşlərindəki daha bir rəqibi müəyyənləşib.
Sportlife.az xəbər verir ki, Ağdam təmsilçisi yerli komandalardan biri ilə üz-üzə gələcək.
İyulun 7-də Ukrayna təmsilçisi “Metallist 1925”lə qarşılaşacaq Qurban Qurbanovun yetirmələrinin digər rəqibi “Zalsburq” olacaq. Avstriya Bundesliqasının gümüş mükafatçısı ilə matçın tarixi hələlik dəqiqləşməyib.
Qeyd edək ki, “Qarabağ”ın Avstriya toplanışı çərçivəsində 3 oyun günündə ümumilikdə 4 yoxlama görüşü nəzərdə tutulub.