
"Real"ı sevindirən xəbər
"Real"ın hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının 1/8 finalında "Yuventus"a qarşı oynaya bilər.
Sportlife.az xəbər verir ki, Xabi Alonso mətbuat konfransında fransalı futbolçunun meydana çıxmaq ehtimalının yüksək olduğunu bildirib.
Qeyd edək ki, iyunun 19-da Mbappe bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib və ona kəskin qastroenterit diaqnozu qoyulub. Nəticədə futbolçu klublararası dünya çempionatının qrup mərhələsində keçirilən hər üç oyunu buraxıb.