
"Zirə"nin rəqibi daha 3 futbolçu ilə vidalaşdı
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə üz-üzə gələcək Xorvatiyanın "Xayduk" klubu daha 3 futbolçusu ilə yollarını ayıb.
Sportlife.az xəbər verir ki, Split təmsilçisi qapıçı Lovre Kaliniçdən sonra hücumçular Stipe Biuk, Yan Mlakar və Nazari Rusinə də "qapını göstərib".
Oyunlar icarə müqavilələrinin müddətinin bitməsi ilə əlaqədar komandanı tərk ediblər.
Qeyd edək ki, "Zirə" "Xayduk"la iyulun 23-də evdə, 31-də isə səfərdə qarşılaşacaq.