
"Lion" ulduzunu satır
"Çelsi" və "Liverpul" "Lion"un yarımmüdafiəçisi Malik Fofananı transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, artıq hər iki klub 20 yaşlı belçikalı üçün ilk təklifini edib. Liqa 2-yə düşmək təhlükəsi ilə üz-üzə qalan "Lion"un maliyyə göstəricilərini sabitləşdirmək üçün bəzi oyunçularını satacağı gözlənilir.
Fofana ötən mövsüm "Lion"un heyətində 41 matçda 11 qol vurub və 6 məhsuldar ötürmə edib.