
Gürcü futbolçu Premyer Liqa yolunda
"Sanderlend" "Lion"un hücumçusu Jorj Mikautadzenin transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, 24 yaşlı forvard "Ayntraxt"ın da maraq dairəsindədir.
Gürcü futbolçu ötən mövsüm "Lion"un heyətində 47 matçda 17 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun klubla 2028-ci ilə qədər müqaviləsi var.
Qeyd edək ki, "Lion"un Liqa 2-yə düşəcəyi gözlənilir.