
Medina Fransa nəhənginin hədəfində
"Marsel" "Lans"ın müdafiəçisi Fakundo Medinanı transfer etmək niyyətindədir.
Sportlife.az xəbər verir ki, 26 yaşlı argentinalının transferi ilə bağlı danışıqlar artıq bir neçə həftədir davam edir. Bu keçid üçün "Marsel" in 22 milyon avro ödəyəcəyi və müqavilənin 5 il müddətinə imzalanacağı gözlənilir.
Qeyd edək ki, ötən mövsüm Medina 31 matçda 1 məhsuldar ötürmə edib.