"Sportinq"dən "Karvan"a

  • Dünən, 13:15

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Karvan" növbəti transferini həyata keçirib.

Sportlife.az xəbər verir ki, nigeriyalı hücumameyilli yarımmüdafiəçi Qavi Thompsonla 1 illik müqavilə imzalanıb. 25 yaşlı futbolçu son olaraq ölkəsinin “Sportinq" (Laqos) klubunda forma geyinib.

Qavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub. Karyerası ərzində 139 oyun keçirib, 12 qol vurub və 14 asist edib.


Paylaş: