
KL-in finalçısı "Atletiko"ya keçdi
ABŞ millisinin və "Betis"in mərkəz yarımmüdafiəçisi Conni Kardoso “Atletiko”ya keçib.
Sportlife.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Madrid klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, futbolçu 2024-cü ildən “Betis”də çıxış edirdi. O, bu komandada 65 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Ötən mövsüm isə klubla birlikdə Konfrans Liqasının finalında oynayıb.