"Arsenal" avrokuboklardan kənarlaşdırıldı

  • Dünən, 11:05

Monteneqronun “Arsenal” klubu danışılmış oyunlara görə 10 il müddətinə UEFA bayrağı altında keçirilən turnirlərdən kənarlaşdırılıb.

Sportlife.az xəbər verir ki, söhbət 2023-cü ildə Ermənistan “Alaşkert”i ilə keçirilən Konfrans Liqasının seçmə oyunlarından gedir. “Arsenal” səfərdə ilk oyunda 1:1 hesablı heç-heçə edib, cavab görüşündə isə evdə 1:6 hesabı ilə uduzub.

UEFA "Arsenal"ın 2034/35 mövsümünün sonuna qədər avrokuboklardan kənarlaşdırıldığını və 500 min avro cərimə olunduğunu açıqlayıb. Klubun idman direktoru Ranko Krqoviç və futbolçu Nikola Çelebiç isə ömürlük cəza alıb, daha bir neçə futbolçu isə 10 il müddətinə futboldan uzaqlaşdırılıb.


Paylaş: