Mikels Azərbaycan futbolunun tarixinə düşdü

  • Dünən, 12:22

Azərbaycanı Avropa Liqasında təmsil edən “Sabah”ın I təsnifat mərhələsində “Sele” ilə Sloveniyadakı cavab görüşü het-triklə əlamətdar olub.

Sportlife.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubunun futbolçusu Coy Lens Mikels meydan sahiblərinin qapısına 3 qol vurub.

31 yaşlı almaniyalı hücumçu Azərbaycan klublarının heyətində avrokuboklarda het-trik edən 5-ci futbolçu olub. Mikelsə qədər buna 4 futbolçu nail olub. Badri Kvaratsxeliya və Olavio Juninyo Çempionlar Liqasında, Ernest Nforla Teo Uiks Avropa Liqasında fərqləniblər. Mikels bu turnirdə 3-cü het-trikin müəllifi olub. O, buna səfərdə nail olan ikinci oyunçudur.

UEFA Çempionlar Liqası

2000/2001 mövsümü

Badri Kvaratsxeliya – 19.07.2000. “Şəmkir” – “Skonto” (Latviya) 4:1 (əlavə vaxtda)

2024/2025 mövsümü

Olavio Juninyo – 30.07.2024. “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) 5:0

UEFA Avropa Liqası

2014/2015 mövsümü

Ernest Nfor – 07.08.2014. “Çixura” (Gürcüstan) – “Neftçi” 2:3

2015/2016 mövsümü

Teo Uiks – 30.06.2015. “Qəbələ” – “Samtredia” (Gürcüstan) 5:1

2025/2026 mövsümü

Coy Lens Mikels – 17.07.2025. “Selye” (Sloveniya) – “Sabah” 3:3 (əlavə vaxtda)

Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldova təmsilçisi "Petrokub"la münasibətləri aydınlaşdıracaq. "Sabah" ilk oyunu səfərdə keçirəcək. UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin matçları iyulun 24-ü və 31-də baş tutacaq.


Paylaş: