
Arne Slotun qələbə şərhi
"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının ilk turunda "Atletiko" üzərində qazandıqları qələbəni (3:2) şərh edib.
Sportlife.az xəbər verir ki, niderlandlı mütəxəssis bu cür komandaya ancaq xarakterlə qalib gəlməyin mümkün olduğunu bildirib:
"Biz mətanət nümayiş etdirdik. Hesab bərabərləşdikdən sonra təzyiqi davam etdirdik və bu möhtəşəm qələbəni qazandıq".
Qeyd edək ki, II turda "Liverpul" səfərdə "Qalatasaray"la qarşılaşacaq. Görüş sentyabrın 30-da baş tutacaq.