
Noyerin 100-cü qələbəsi
Çempionlar Liqasının əsas mərhələsində "Bavariya" evdə "Çelsi"ni 3:1 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, bu qələbə Münhen klubunun qapıçısı Manuel Noyerin turnirdə 100-cü qalibiyyəti olub.
Çempionlar Liqasında qələbə sayına görə ilk "dördlük"də Kriştianu Ronaldu (115), Tomas Müller (111), İker Kasilyas (101) və Manuel Noyer (100 ) qərarlaşıb.