Mbappe "Qızıl top" mərasiminə qatılmayacaq

  • Bu gün, 17:54

"Real"ın hücumçusu Kilian Mbappe "Qızıl top" mərasimində iştirak etməyi planlaşdırmır.

Sportlife.az xəbər verir ki, tədbir gələn bazar ertəsi Parisdə baş tutacaq. Mbappenin həmyerlisi, PSJ-nin hücumçusu Usman Dembele qalib hesab olunur.

"Bu mükafatı qazanmaq üçün mən komandamla titullar əldə etməliyəm. Bundan sonra "Qızıl top"u almaq olar. Dembele qalib gəlsə, şad olaram. Usman mənim dostumdur və həmişə onu dəstəkləməyə hazıram. Amma mən mərasimi televizorda izləyəcəm".


Paylaş: