
"Sevilya"nın futbolçusu 2 klubun hədəfində
Dortmund "Borussiya"sı və "Arsenal" "Sevilya"nın yarımmüdafiəçisi Lusyen Aqume ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, 23 yaşlı fransalı İspaniya təmsilçisindəki çıxışı ilə diqqətləri üzərinə çəkib.
Aqume ötən mövsüm 37 matçda bir qol vurub və dörd məhsuldar ötürmə edib.
Transfermarkt onun dəyərini 8 milyon avro qiymətləndirir.