
İspaniya FIFA-nı boykotla hədələdi
İspaniya Konqresindəki Sosialistlər fraksiyasının nümayəndəsi Paçi Lopes bəyan edib ki, İsrail millisi DÇ-2026-ya buraxılarsa, ölkəsi mundialdan çıxa bilər.
Sportlife.az xəbər verir ki, Lopes bütün idman qurumlarını İsrail təmsilçilərini beynəlxalq yarışlardan kənarlaşdırmağa çağırıb.
Bundan əvvəl hökumət sözçüsü, təhsil və idman naziri Pilar Aleqria bəyan etmişdi ki, Qəzza zolağındakı vəziyyətə görə İsrail komandaları beynəlxalq turnirlərdən kənarlaşdırılmalıdır. Baş nazir Pedro Sançes də eyni çağırışı edib.