
"Qarabağ" çalışır və böyüyür"
"Qarabağ" Azərbaycan çempionatında klubun sisteminə uyğun gələn legionerlərin düzgün seçimi sayəsində fərqlənir".
Sportlife.az xəbər verir ki, bunu veteran futbolçu Vəli Qasımov "Çempionat" nəşrinə açıqlamasında deyib.
Karyerasının son illərində Portuqaliyanın "Setubal" və "İmortal" klublarında çıxış etmiş keçmiş hücumçu Ağdam klubunun uğurlarının sirrini bölüşüb: "Onlar özlərinə lazım olan oyunçuları gətirirlər. Buna görə də lazımi nəticəyə nail olurlar. Futbolçuların komanda sisteminə uyğun seçilməsi çox vacibdir".
Qasımov "Qarabağ"ın Portuqaliyada "Benfika" üzərində qələbəsini sevindirici xəbər adlandırıb: "Çoxları komandamızdan belə oyun və qələbə gözləmirdi. Görünən odur ki, "Qarabağ" çalışır və böyüyür. Bu, düzgün yolda olan komandanın əməyidir".