
Salahdan yeni rekord
"Liverpul"un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda evdə "Atletiko"nu 3:2 hesabı ilə məğlub etdikləri oyunda yeni rekorda imza atıb.
Sportlife.az xəbər verir ki, 33 yaşlı forvard turnirin tarixi ərzində İngiltərə klubunun heyətində matçın ilk 6 dəqiqəsində qol vuran və məhsuldar ötürmə verən ilk futbolçu olub.
Dördüncü dəqiqədə Salah Endryu Robertsona assist edib, 2 dəqiqə sonra isə özü fərqlənib.