"Benfika" bu gün Mourinyonu açıqlayacaq

  • Bu gün, 10:00

Joze Mourinyo tezliklə "Benfika"nın yeni baş məşqçisi olacaq.

Sportlife.az xəbər verir ki, portuqaliyalı mütəxəssis artıq müqavilə şərtlərini qəbul edib. Onunla 2 illik sözləşmə imzalanacaq. Hazırda köməkçilərlə bağlı təfərrüatlar yekunlaşdırılır.

Klubun bu gün Mourinyonu rəsmən təqdim edəcəyi gözlənilir.

Xatırladaq ki, “Benfika” sentyabrın 17-də Çempionlar Liqasında “Qarabağ”a 2:3 hesablı məğlubiyyətdən dərhal sonra Brunu Lajeni baş məşqçi postundan qovub.


Paylaş: