Salah Şevçenko və İbrahimoviçə çatdı

  • Bu gün, 12:57

"Liverpul" Çempionlar Liqasının ilk turunda evdə "Atletiko"nu 3:2 hesabı ilə məğlub edib.

Sportlife.az xəbər verir ki,"mersisaydlılar"ın qollarından birini Məhəmməd Salah vurub. Bu, onun turnirdəki 48-ci qoludur.

Bu göstərici futbolçunu siyahıda 11, 12 və 13-cü yerləri bölüşən Andrey Şevçenko və Zlatan İbrahimoviçlə bərabərləşdirib.

Kriştianu Ronaldu isə 140 qolla bombardirlər siyahısında birincidir.


Paylaş: