
“İmişli”yə texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsi "İmişli" klubuna texniki məğlubiyuyət (0:3) verib.
Sportlife.az xəbər verir ki, qərar qurumun bu gün baş tutan iclasında qəbul olunub.
Buna Azərbaycan Premyer Liqasında IV turun "İmişli" – "Sumqayıt" oyununun 67-ci dəqiqəsində ev sahibi komandanın heyətində adı protokolda olmayan İbrahim Əliyevin oyuna daxil olması səbəb olub. Klub 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 5 000 manat cərimələnib.
Bundan başqa, "İmişli" 5 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimə ödəyəcək. Oyunun 90+4-cü dəqiqəsində "İmişli" komandasının heyətində Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubunu 3000 manat ziyana salıb.