
AFFA "Neftçi"ni 8 min cərimələdi
AFFA İntizam Komitəsi “Neftçi”ni 8000 manat məbləğində cərimələyib.
Sportlife.az xəbər verir ki, qərar İntizam Komitəsinin son iclasında qəbul edilib.
Buna Bakı klubunun azarkeşlərinin Misli Premyer Liqasının IV turunun “Sabah”la oyunundakı (0:0) davranışları səbəb olub. Paytaxt təmsilçisi meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə 3000, kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi üçün isə 5000 manat cərimələnib.
"Sumqayıt" da azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə 5 000 manat cərimə edilib.
“Şamaxı” – “Karvan-Yevlax” oyununda isə ev sahibi komandanın heyətində 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə ödəyəcək.