
Va Deyk ən yaxşı seçildi
"Liverpul"un müdafiəçisi Vircil van Deyk Çempionlar Liqasının 1-ci turunda "Atletiko" ilə matçın (3:2) ən yaxşı oyunçusu seçilib.
Sportlife.az xəbər verir ki, niderlandlı futbolçu bütün oyunu əvəzlənmədən keçirərək, 9,5 km qaçıb və 1 qol vurub, 7 dəfə topu geri qaytarıb və qələbə qolunun müəllifi olub.
Çempionlar Liqasının növbəti matçında “Atletiko" “Ayntraxt"ı, “Liverpul” isə “Qalatasaray”ı qəbul edəcək. Qarşılaşmalar sentyabrın 30-da baş tutacaq.