
"Bu oyun bizim üçün yaxşı dərs oldu"
"Marsel"in hücumçusu Timoti Vea Çempionlar Liqasının ilk turunda səfərdə "Real"a uduzduqları oyunu (1:2) şərh edib.
Sportlife.az xəbər verir ki, komandasının yeganə qolunun müəllifi olan futbolçu deyib:
"Biz qalib komandayıq və əlbəttə ki, "Real"a qarşı müsbət nəticə əldə etmək istəyirdik. Düşünürəm ki, yaxşı oynadıq. Komandada yeni oyunçular var və düşünürəm ki, hədəflərimizə doğru irəliləyirik. Madriddəki oyundan bir sıra müsbət cəhətləri götürə bilərik. Bu, bizim üçün yaxşı dərs oldu".