
Messinin müqaviləsi yenilənir
"İnter Mayami" hücumçu Lionel Messi ilə yeni uzunmüddətli müqaviləni müzakirə edir.
Sportlife.az xəbər verir ki, hələ də bir neçə detalı həll etmək lazımdır. 38 yaşlı argentinalı ilə müqavilənin tezliklə imzalanacağı və daha sonra təsdiq üçün MLS-ə göndəriləcəyi gözlənilir.
Forvard 2023-cü ilin iyulundan "İnter Mayami"də çıxış edir. Onun hazırkı müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir.
Ötən mövsüm Messi 29 matçda 23 qol vurub və 11 məhsuldar ötürmə edib.