
FIFA reytinqi: Millimiz gerilədi
Azərbaycan millisi FIFA reytinqində 2 pillə geriləyib.
Sportlife.az xəbər verir ki, hazırda baş məşqçisiz olan yığmamız 124-cü yerdə qərarlaşıb. Komandamızın hesabında 1148,09 xal var.
Reytinqə 1875,37 xalla son Avropa çempionu İspaniya millisi başçılıq edir. İkinci sırada Fransa (1870,92), üçüncü pillədə isə Argentina (1870,32) yer alıb.